AZ

Polşalılar 2026-cı ili “Turan Tovuz” üçün “qara” gətirdi

Türkiyənin Antalya bölgəsində hazırlığı davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın yüksək liqa təmsilçisi "Poqon"la qarşılaşıb.

Matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin qollarını 26-cı dəqiqədə Ayxan Hüseynov və 34-cü dəqiqədə İbrahima Vadji vurublar.

“Poqon” hazırda Polşa çempionatında 18 komanda arasında 10-cu yeri tutur.

“Turan Tovuz” ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt” qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.

Seçilən
107
sportinfo.az

1Mənbələr