AZ

Şüşə "pipetlər" təhlükəlidir

Bəzən kafelərdə soyuq içkilər təqdim edərkən şüşə pipetlər verilir. Bunların təhlükəli olduğundan xəbəriniz var?

"Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, mütəxəssislər şüşə samanların dişlərlə təmas, zərbə və temperatur dəyişiklikləri səbəbindən qırılma riski altında olduğunu və qırılarsa, ağız və həzm sistemində xəsarətlərə səbəb ola biləcəyini qeyd ediblər.

Baş verən sınıqlar bəzən o qədər xırda ola bilər ki, gözlə görünməz. Amma bu orqanizminizə ötürülər. Ən əsası da uşaqlara bu cür "pipetlər" verilməməlidir. Çalışın uşaqlara içkiləri verərkən kapron olan versiyadan istifadə edəsiniz.

Eyni zamanda şüşə "pipetlər" birdəfə istifadə üçün deyil. Onların içi mikrobla dolu olur. Əgər viruslu insan bundan istifadə edərsə, yuyulduğu halda belə mikroblar ölmür. Onlardakı mikrobların sıfırlanması üçün yüksək temperaturda sudan istifadə edilməlidir. Bu isə şüşənin çatlamasına gətirib çıxarır.  

Şüşənin təbiətinə görə, temperaturun qəfil dəyişməsində, məsələn, qabyuyan maşında yuyarkən, çox isti mühitdən götürüb soyuq bir materialın üzərinə qoyarkən çatlama riski olduqca yüksəkdir. Bu qırıqlar gözlə görünməsə də orqanizmə su içən zaman asanlıqla gedir.

Ağızda sınmış şüşənin ən böyük problemi, damaq, dil və bel nahiyələri adlandırdığımız yumşaq toxumaların zədələnməyə çox həssas olmasıdır. Buna görə də, şüşə ülgüc kimi iti olduğundan ən kiçik sınıq belə yumşaq toxumalara zərər verir.

Ən pis hal sınmış şüşə parçasını udmaqdır. Udma zamanı şüşə parçası əvvəlcə qida borusuna daxil olur və ilişib qalmazsa, mədəyə gedir və mədədən bağırsaqlara keçə bilər.

Bu halda, şəxs mümkün qədər tez təcili yardım şöbəsinə aparılmalıdır. Onlar şüşəni özləri çıxarmağa və ya qusmağa cəhd etməməlidirlər.

Seçilən
47
2
olke.az

3Mənbələr