AZ

Yolun ortasında qıcolmadan yıxılan piyadanı xilas edən polis kapitanı DANIŞDIVİDEO

Qıcolma yaranan piyada qəfil yolun ortasında yıxılır... Hadisəni görən kənd sakini onu yol kənarına aparır... Elə həmin vaxt avtomobili ilə hərəkətdə olan polis əməkdaşı hadisənin şahidi olur... O, avtomobilini təhlükəsizlik məqsədilə həmin şəxsin qarşısında saxlayır və dərhal köməyə tələsir...

Xezerxeber.az xəbər verir ki, hadisə Biləsuvarda baş verib. Polis kapitanının köməyi ilə bir şəxsin həyatı xilas edilib. Qıcolma zamanı dili qatlanan və huşunu itirən şəxsi Samir Məhərrəmov həyata qaytarıb.

Polis əməkdaşının çevikliyi, məsuliyyəti və insani mövqeyi vəziyyətin daha da ağırlaşmasının qarşısını alıb.

Bu hadisə göstərdi ki, polisin xidmət anlayışı yalnız vəzifə saatları ilə deyil, insanlığa sədaqətlə ölçülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
102
xezerxeber.az

1Mənbələr