AZ

Trampın bu qərarı Netanyahunu qəzəbləndirdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Beniyamin Netanyahunun ofisi Ağ Ev tərəfindən Qəzza sektorunun idarə olunması üzrə yaradılan komitənin tərkibini sərt tənqid edib.

Globalinfo.az-ın xəbərinə görə, rəsmi bəyanatda bildirilib ki, Qəzza üzrə İcra Komitəsinin tərkibi İsraillə razılaşdırılmayıb və ölkənin siyasi mövqeyinə ziddir.

Bu səbəbdən baş nazir xarici işlər nazirinə məsələ ilə bağlı ABŞ dövlət katibi ilə əlaqə saxlamaq tapşırığı verib.

Xatırladaq ki, yanvarın 16-da “Ağ Ev”in rəsmi saytında Qəzza sektorunun idarə olunması üzrə komitənin üzvlərinin adları açıqlanıb. Siyahıya ABŞ dövlət katibi Marko Rubio, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, onun kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, Dünya Bankının rəhbəri Acay Banqa, ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel, həmçinin milyarder Mark Rouen daxil edilib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
globalinfo.az

1Mənbələr