Suriya ordusu Er-Rassafa və Tabka hava limanını nəzarət altına aldığını bəyan edib.
Paralel.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası Al-İxbaria məlumat yayıb.
Bildirilib ki, Suriya ordusu Rakka əyalətinin cənubunda yerləşən Er-Rassafa qəsəbəsini və ətrafdakı yeddi kəndi YPG/SDG separatçı qüvvələrindən təmizləyib.
Ordu bölmələri həmçinin YPG/SDG-nin əsas mövqelərindən biri sayılan Tabka hava limanını nəzarət altına alıb. Hazırda Tabka şəhərinin özündə qızğın döyüşlər davam edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta