Alban əsilli məşhur müğənni Dua Lipa bu dəfə Parisdə verdiyi pozalarla gündəmə gəlib.
Publika.az xəbər verir ki, lentə alınan fotolar ulduzun "Instagram" səhifəsində yayımlanıb.
Dua Lipa dizinə qədər yarığı və kilid formalı dekoltesi olan “gəlin” libasında poz verib. Saçları dalğalı üslubda düzəldilib, üzünə isə gecə makiyajı tətbiq olunub.
2025-ci ilin iyul ayında Dua Lipa "Vogue" jurnalına verdiyi müsahibədə sevimlisi, aktyor Callum Turner ilə nişanlandığını açıqlamışdı.