Futbol üzrə Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, "Başakşəhər" doğma meydanda "Karagümrük"lə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbə qazanıb.
"Qalatasaray" isə evdə "Qaziantep"i qəbul edib. İstanbul təmsilçisi bu görüşdə son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olmağı bacarıb.