AZ

Ursula von der Leyen Trampın rüsumlarının transatlantik münasibətləri sarsıdacağını bildirib

“Ərazi bütövlüyü və suverenlik beynəlxalq hüququn fundamental prinsipləridir. Bunlar Avropa və bütövlükdə beynəlxalq birlik üçün vacibdir”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen öz “X” hesabında yazıb.

Diplomat Arktikada sülh və təhlükəsizliyə dair ortaq transatlantik maraqlarının olduğunu NATO daxil olmaqla bir çox yolla daim vurğuladıqlarını bildirib.

O müttəfiqlərlə birlikdə keçirilən əvvəlcədən əlaqələndirilmiş Danimarka təliminin Arktika təhlükəsizliyinin gücləndirilməsi ehtiyacına cavab verdiyini və heç kimə təhlükə yaratmadığını da vurğulayıb.

“AB Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəydir. Dialoq vacib olaraq qalır və biz ötən həftə Danimarka Krallığı ilə ABŞ arasında başlayan prosesi inkişaf etdirməyə sadiqik”, - Avropa Komissiyasının prezidenti yazıb.

O həmçinin Trampın tətbiq etmək istədiyi rüsumların transatlantik münasibətləri sarsıdacağını və təhlükəli bir aşağı spiral riski yaradacağını bildirib.

Seçilən
49
3
apa.az

4Mənbələr