Ukrayna Müdafiə Qüvvələri Krımın müvəqqəti işğal olunmuş ərazisində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini, həmçinin Donetsk vilayətindəki dron anbarını vurub.Metbuat.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb. Hərbçilərin məlumatına görə, Krımda Yevpatoriya rayonu yaxınlığında “Nebo-U” radiolokasiya stansiyası, həmçinin Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Donetsk şəhəri yaxınlığında Ukraynanın Müdafiə qüvvələri Rusiya qoşunlarının pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqəni vurub.