"OpenAI" şirkəti pulsuz versiyada "ChatGPT" və "Go" modellərinə reklam inteqrasiyasının daxil ediləcəyini bildirib.
Publika.az xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan açıqlamaya görə, reklam testləri növbəti həftələrdə başlayacaq.
Bildirilib ki, reklam çatbotun cavablarına təsir etməyəcək və həmişə açıq şəkildə işarələnəcək.
"OpenAI" həmçinin istifadəçilərin söhbətlərini və məlumatlarını reklamverənlərə satmayacağını vəd edib. İstifadəçilər istənilən vaxt personalizasiyanı söndürə və reklam üçün istifadə olunan məlumatları təmizləyə biləcəklər.
Pulsuz istifadəçilərlə yanaşı, premium hesab sahibləri çatbotdan reklam olmadan istifadə edə biləcək.