AZ

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb

Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıblar. Onlardan psixotrop tərkibli metadon həbləri də aşkarlanaraq götürülüb. 

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
42
28
senzor.az

10Mənbələr