AZ

Aİ ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb

Bakı. Trend:

Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarətsazişi imzalanıb və bununla da 1999-cu ildən bəri davam edəndanışıqlar uğurla başa çatıb.

Trend xəbər verirki, Paraqvayda keçirilən mərasimdə sazişi Avropa İttifaqı ŞurasınınPrezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursulafon der Lyayen, MERCOSUR-a üzv ölkələrdən Argentina, Paraqvay vəUruqvayın dövlət başçıları, eləcə də Braziliyanın xarici işlərnaziri imzalayıblar.

Saziş Avropa İttifaqı və MERCOSUR ölkələrini əhatə edən,ümumilikdə 700 milyondan çox əhalinin yaşadığı əraziləribirləşdirən dünyanın ən böyük azad ticarət zonasının yaradılmasınınəzərdə tutur. MERCOSUR-a daxil olan Boliviya ilkin mərhələdəsazişə qoşulmayacaq.

Məlumata görə, sənəd ötən həftə Aİ-yə üzv 27 ölkədən 21-nin səsçoxluğu ilə təsdiqlənib. Yeni azad ticarət zonasının yaradılmasıABŞ Prezidenti Donald Trampın proteksionist gömrük siyasətinə qarşımüdafiə məqsədi daşıyır.

Razılaşmaya əsasən, Aİ ilə MERCOSUR arasında dövriyyədə olanmalların 90 faizindən çoxuna tətbiq olunan gömrük rüsumlarınınmərhələli şəkildə ləğv edilməsi planlaşdırılır. Bu isə Aİ-ninMERCOSUR ölkələrinə illik ixracatının 39 faiz, yəni təxminən 49milyard dollar artacağı ilə nəticələnə bilər.

Sazişin Avropanın əczaçılıq, maşınqayırma və avtomobil sənayesiüçün geniş imkanlar yaradacağı proqnozlaşdırılır. Hazırda AİMERCOSUR ölkələrinə əsasən avtomobil və kimya məhsulları ixracedir, əvəzində isə daha çox kənd təsərrüfatı məhsulları və xammalidxal edir.

Seçilən
96
4
az.trend.az

5Mənbələr