AZ

“Araz-Naxçıvan” axtardı, daha birini tapdı – “Aşağı”dan

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda yanvarın 18-də 1-ci liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyun saat 13:00-da başlayacaq.

“Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib, 2-ci görüşdə "Qəbələ"yə uduzub - 0:1.

Seçilən
31
3
sportinfo.az

4Mənbələr