AZ

Afrikada Nigeriya və Tunisə qarşı oynadı, "Şamaxı"ya qayıtdı

“Şamaxı”nın legioneri Alfons Msanqa ölkəmizə geri qayıdıb.

Sportinfo.az saytına verilən məlumata görə, tanzaniyalı yarımmüdafiəçi artıq kollektivlə məşqlərə qoşulub.

Msanqa Tanzaniya millisini heyətində Afrika Millətlər Liqasında iştirak etmişdi.

O, qrup mərhələsinin Nigeriya(2:1), Tunis(1:1) və Uqanda(1:1) görüşlərində 90 dəqiqə meydanda olmuşdu.

Msanqa 1/8 final mərhələsinin Mərakeşlə(1:0) görüşündə də oynamışdı.

Seçilən
25
sportinfo.az

1Mənbələr