AZ

“Mercedes” NLS ilə danışıqlara başladı - Verstappen üçün təqvim dəyişikliyi gündəmdə

“Mercedes” şirkəti əfsanəvi “Nürburqrinqin 24 saatı” yarışının da keçirildiyi NLS çempionatı ilə danışıqlara başlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Motorsport-Total" məlumat yayıb.

Danışıqlara səbəb “Mercedes”in Şimal Döngəsində (Nordschleife) keçirilən marafon yarışları mövsümünün start tarixinin dəyişdirilməsini istəməsidir. Məqsəd Maks Verstappenin daha bir yarışda iştirak etməsi və bununla da yarışlara buraxılış üçün tələb olunan lisenziya şərtlərini yerinə yetirməsidir. Qeyd edək ki, bu, müvafiq lisenziyanın alınması üçün əsas tələblərdən biridir.

Hazırda NLS-in təqvimi Formula 1 təqvimi ilə üst-üstə düşür. Bu isə Verstappenin məşhur “24 saatlıq” yarışdan öncə çempionat mərhələlərindən birində iştirakını mümkünsüz edir.

Məlumata görə, “Mercedes” konserninin rəhbəri Ola Kallenius və komandanın başçısı Toto Volff artıq birbaşa NLS rəhbərliyinə müraciət edərək ilk yarışın tarixinin dəyişdirilməsini xahiş ediblər. Təklif olunan dəyişiklik yarışın Çin Qran-prisi ilə eyni vaxta düşməməsini nəzərdə tutur.

Seçilən
43
90deqiqe.az

1Mənbələr