AZ

“Maklaren” 2026-cı il bolidinin mühərrikini ilk dəfə işə saldı

Formula-1-də mübarizə aparan “Maklaren” komandası 2026-cı il üçün hazırlanan bolidində mühərriki ilk dəfə işə salıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Race" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, komandanın rəhbəri Andrea Stella yeni mövsümə hazırlıq proqramının əsas mərhələlərindən birinə nəzarət etmək məqsədilə əməkdaşların iclasında iştirak edib. Sözügedən mərhələ çərçivəsində “Maklaren” komandasının və mühərrik təchizatçısı “Mercedes”in mütəxəssisləri tərəfindən zəruri texniki yoxlamalar həyata keçirilib.

Formula-1 komandalarının cari təqdimat qrafiki aşağıdakı kimidir:

19 yanvar — “Haas” (livreya);

20 yanvar — “Audi” (livreya);

23 yanvar — “Alpin” (livreya), “Ferrari”;

2 fevral — “Mercedes”;

3 fevral — “Uilliams”;

8 fevral — “Kadillak”;

9 fevral — “Aston Martin”, “Maklaren”.

Qeyd edək ki, hazırkı mövsümün fərdi hesabda dünya çempionu “Maklaren”in pilotu Lando Norrisdir. Konstruktorlar Kuboku da Britaniya təmsilçisi “Maklaren”in aktivində qalıb. “Ferrari” isə mövsümün yekunlarına əsasən dördüncü yeri tutub.

Seçilən
25
90deqiqe.az

1Mənbələr