AZ

İlon Mask "OpenAI" və "Microsoft"a qarşı 134 milyard dollarlıq təzminat iddiası qaldırıb

Bakı. Trend:

Amerikalı milyarder İlon Mask "OpenAI"nin təsisçisi Sem Altmana,eləcə də "OpenAI" və "Microsoft"a qarşı təzminat tələbi ilə məhkəməiddiası qaldırıb.

Trend xəbər verirki, bu barədə "DW" məlumat yayıb.

İddia 16 yanvar cümə günü Kaliforniyanın Şimal Dairəsi üzrə ABŞRayon Məhkəməsində təqdim edilib. İş materiallarına əsasən, Maskın"OpenAI" və "Microsoft"a qarşı ümumi maliyyə iddiaları 134 milyarddollar təşkil edir.

İddiada qeyd olunur ki, "OpenAI" 2015-ci ildə Sem Altman və İlonMask tərəfindən qeyri-kommersiya süni intellekt tədqiqat startapıkimi yaradılıb. Mask iddia edir ki, layihəyə 38 milyon dollarsərmayə qoyub ki, bu da şirkətin ilkin kapitalının təxminən 60%-nitəşkil edib.

Milyarder həmçinin komandanın formalaşdırılmasında,münasibətlərin qurulmasında və startapın erkən mərhələdə nüfuzununartırılmasında iştirak etdiyini bildirir.

2018-ci ildə Mask digər layihələrinə diqqət yetirmək üçün"OpenAI"nin direktorlar şurasından ayrılıb. Hazırda həminlayihələrdən biri X sosial şəbəkəsində fəaliyyət göstərən və"ChatGPT" ilə rəqabət aparan "Grok" süni intellekt çatbotudur.

Məhkəmə prosesi aprel ayında başlayacaq və iş münsiflər heyətitərəfindən araşdırılacaq.

Seçilən
93
1
az.trend.az

2Mənbələr