AZ

Tanınmış amerikalı aktyor Eşton Katçer Gucci tədbirindən qovulub

ain.az bildirir, Oxu.az portalına istinadən.

Amerikalı aktyor Eşton Katçer bir vaxtlar bədən quruluşuna görə "Gucci"dəki modellik işindən necə qovulduğundan danışıb.

Oxu.Az xəbər verir ki, 47 yaşlı aktyor "Entertainment Weekly" ilə söhbətində xatirələrini bölüşüb.

Katçerin sözlərinə görə, o, 19 yaşında modelliyə başlayıb. Bir gün gələcək kino ulduzu "Gucci" üçün eksklüziv kampaniyaya dəvət alıb. Şirkətin baş direktoru Tom Ford şəxsən İtaliyada modelləri seçib.

"Mənə çəhrayı çimərlik geyimi geyindirdi. Çəkim 80 kiloqram idi. Dedi ki, çox kökəm və məni tədbirdən kənarlaşdırdılar", - Katçer bildirib.

İndi aktyor bu hekayəni gülüşlə xatırlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
7
oxu.az

8Mənbələr