Qazaxıstanda Süni İntellekt haqqında Qanun qüvvəyə minib.
Publika.az xəbər verir ki, Qanuna əsasən, süni intellekt sistemlərinin sahibləri neyroşəbəkə tərəfindən yaradılan şəkilləri, videoları, audioyazıları, mətnləri və digər bütün məlumatları xüsusi şəkildə işarələməlidirlər. Yalnız bu halda həmin məzmunun yayılmasına icazə veriləcək.
Bundan əlavə, norma Qazaxıstanda bəzi neyroşəbəkələrin fəaliyyətini qanunsuz elan edir və müəllif hüquqları ilə bağlı məsələləri dəqiq şəkildə tənzimləyir. Məzmun yalnız onun yaradılmasında insanın iştirak etdiyi halda hüquqi qoruma obyekti hesab olunur.
Respublikanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi əlavə edib ki, pozuntulara görə məsuliyyət istifadəçinin deyil, neyron şəbəkə sahibinin üzərinə düşəcək - onlar fiziki şəxslər üçün 127 dollardan iri müəssisələr üçün 845 dollara qədər cərimələrlə üzləşəcəklər.