AZ

Şamaxıda zəlzələ olub

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.

Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.

Seçilən
14
22
apa.az

10Mənbələr