Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
08:40
Azərbaycanda güclü yeraltı təkanlar baş verib.
Ucnoqta.az xəbər verir ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stanasiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.Zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qeder hiss olunub.
Zəlzələnin ocağı 4 km dərinlikdə qeydə alınıb.
“Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir”.
Xəzər TV-yə istinadən xəbər verilir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub.
Qulam Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsində Hacıqabul istiqamətində mövcud olan zəlzələ ocaqlarında da seysmik aktivliyin artması mümkündür.
Seysmoloq əlavə edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib.
Onun sözlərinə görə, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.