ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya görə səkkiz Avropa ölkəsindən idxal olunan mallara tariflər tətbiq etməsi ilə bağlı açıqlamasından sonra bu gün üçün Brüsseldə Avropa İttifaqı səfirlərinin təcili iclası təyin edilib.
Məlumatı Reuters agentliyi yayıb. Bu cür görüşlərdə səfirlər adətən Aİ Şurasının nazirlər iclaslarında müzakirə üçün praktik tədbirlər hazırlayırlar.