Portuqaliyada bu gün prezident seçkiləri keçiriləcək və bu vəzifə uğrunda 11 namizəd (10 kişi və bir qadın) mübarizə aparacaq.
Modern.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da açılacaq və axşam saat 7:00-a qədər açıq qalacaq. İlkin nəticələrin həmin gecə açıqlanması gözlənilir.
Qeyd edək ki, Portuqaliya qanunvericiliyinə görə, prezident beş illik müddətə seçilir. Əgər heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməsə, 8 fevralda yenidən seçki keçiriləcək. Hazırkı dövlət başçısı Marselo Rebelo de Souza 2016-cı ildə vəzifəyə başlayıb və 2021-ci ildə yenidən seçilib. Qanunvericilik onun ardıcıl üç dəfə prezident olmasına icazə vermədiyi üçün o, yenidən namizəd ola bilməyib.