Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçinin xüsusi elçi Stiv Vitkova göndərdiyi "SMS" ABŞ hücumunun qarşısını almağa kömək edib.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, "Washington Post" qəzetinin dərc etdiyi bir reportajda belə iddia edilir.
Tehran ABŞ ordusunun hücum üçün hazır vəziyyətdə olduğunu anladıqdan sonra elçi Vitkova birbaşa mesaj göndərmək qərarına gəlib. ABŞ rəsmisinin sözlərinə görə, mesaj "gərginliyi bir qədər sakitləşdirib".
Lakin, hesabata görə, ABŞ hələ də hücum ehtimalına hazırlaşır və ABŞ Mərkəzi Komandanlığına "yüksək hazırlıq vəziyyətində qalmaq və növbəti ay ərzində 24 saat mövqelərində durmaq" tapşırılıb.
S.Laçın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.