AZ

Çin ABŞ-ı qabaqladı: Ayda zamanı ölçmək üçün inqilabi sistem hazırlandı

Çin tədqiqatçıları gələcək Ay missiyaları üçün nəzərdə tutulan yeni xronometraj (vaxt ölçmə) sistemini təqdim ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Jalopnik" nəşri məlumat yayıb.

"Ay yarışı" çərçivəsində hazırlanan bu sistem uzunmüddətli missiyalarda saatların dəqiqliyini təmin edəcək dünyada ilk açıq proqram təminatı modelidir.

Alimlər bildirir ki, Ayda cazibə qüvvəsinin az olması səbəbindən zaman Yerə nisbətən gündə təxminən 58 mikrosaniyə daha sürətli axır. Bu fərq gələcək naviqasiya sistemlərinin (Ay GPS-i) və dəqiq eniş əməliyyatlarının həyata keçirilməsi üçün vahid vaxt standartının yaradılmasını zəruri edir.

Seçilən
90
1
publika.az

3Mənbələr