Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
08:41
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Xezerxeber.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib.
3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.