AZ

Venera missiyası ilə bağlı YENİLİK

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Veneraya göndərilən texnologiyaya süni intellekti əlavə etmək istəyir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu NASA rəhbəri Cared Ayzekman açıqlayıb.

"Kosmosda nəyə nail olmaq istədiyimizdən danışarkən, robot missiyalarına daha çox sərbəstlik vermək istəyirik. Hazırda Veneraya süni intellekt missiyası üzərində işləyirik", - deyə o, Kennedi Kosmik Mərkəzində keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ 2030-2031-ci illərdə Veneranı öyrənmək üçün iki missiya başlatmağı planlaşdırır. "Davinçi" missiyası Veneranın atmosferinin tərkibini öyrənərək onun necə əmələ gəldiyini və necə dəyişdiyini araşdıracaq. İkinci missiya olan "Veritas" isə Veneranın səthini xəritələşdirəcək və planetin niyə Yer kürəsindən fərqli təkamül etdiyini müəyyən edəcək.

Seçilən
61
2
bakivaxti.az

3Mənbələr