AZ

Aya insanlı uçuş üçün nəzərdə tutulan SLS raketi buraxılış meydançasına çatdırılıb

Aya insanlı missiya üçün nəzərdə tutulan "Orion" kosmik gəmisini daşıyan "Space Launch System" (SLS) raketi Floridadakı buraxılış meydançasına gətirilib.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) məlumat yayıb.

Agentliyin açıqlamasında deyilir: "Artemis II raketimiz buraxılış meydançasındadır. SLS raketi və Orion kosmik gəmisi Kennedi Kosmik Mərkəzində yerləşən Şaquli Yığım Binasından çıxarılaraq buraxılış meydançasına çatdırılıb".

 

"NASA"nın əvvəlcədən bildirdiyinə görə, dörd astronavtı Ay ətrafına göndərəcək Artemis II missiyasının buraxılış pəncərəsi 6 fevralda açılacaq.

"NASA"nın administratoru Cared Ayzekman yanvarın 17-də keçirilən mətbuat konfransında dəqiq buraxılış tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib. Onun sözlərinə görə, buraxılışdan əvvəl bütün sınaqlar tamamlanmalıdır. Ayzekman heyətin və texniki mütəxəssislərin missiyaya yüksək səviyyədə hazır olduğunu da vurğulayıb.

Seçilən
9
2
day.az

3Mənbələr