Yeni Suriya ordusunun qüvvələri Suriyanın şimalında yerləşən strateji əhəmiyyətli Əl-Ömər neft yataqları və Konoko qaz yatağını nəzarətə götürüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən ərazilər daha əvvəl ABŞ ordusunun əsas hərbi bazalarının yerləşdiyi zonalar kimi tanınırdı.
Məlumata görə, yeni Suriya ordusunun bölmələri ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri”nin əsas dayaq nöqtələrindən biri hesab olunan Rəqqa şəhərinə də daxil olub.
Eyni zamanda, rejim qüvvələri Suriyanın şimalında həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində kürd silahlı dəstələrini bölgədən sıxışdırmaqda davam edir.