"Trabzonspor"un ukraynalı hücumçusu Danilo Sikan Belçikanın "Anderlext" klubuna keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.
Klublar 24 yaşlı ukraynalı futbolçu üçün 4 milyon avroya transfer barədə razılığa gəliblər. Digər detallar hələlik məlum deyil.
Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" ukraynalı futbolçunu 5 milyon avro dəyərində qiymətləndirir.
Liqa 1-də günün nəticələri: PSJ-dən inamlı qələbə
Premyer Liqa: "Çelsi"dən qələbə, "Liverpul" və "Arsenal"dan xal itkisi
“Bavariya” "Leyptsiq"i darmadağın etdi – 5:1
"Qalatasaray"dan xal itkisi
"Mayorka" üç qırmızı vərəqə ilə "Atletik"i məğlub edib