AZ

İranda yeni etirazlar başlayacaq: Tarix verildi

“İsrail ABŞ-ın İrana mümkün zərbəsinin təxirə salındığını təxmin edir, çünki Vaşinqton məhdud bir əməliyyata deyil, Tehranda rejimi dəyişdirməyi hədəfləyən daha geniş və uzun bir kampaniyaya hazırlaşır”.

KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu jurnalist Eynulla Fətullayev öz Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, İsrail ABŞ-dan xahiş edib ki, hər iki tərəfin davamlı hücuma hazır olmasına qədər zərbə endirməyə tələsməsin:

“Məqsəd, İranda hakimiyyəti devirmək və siyasi rejimi dəyişməkdir. ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, İrana hücum sonda baş tutacaq. Həmçinin qapalı söhbət zamanı ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı Stiv Uitkoffa açıq sual ilə müraciət olunub: Vaşinqton “İran xalqını necə tərk edə bilər?!”.Uitkoffun cavabı: “İranlılar ağıllı olduqlarını düşünürlər, amma biz daha ağıllıyıq”.

Bu arada, vəliəhd şahzadə Rza Pəhləvi İran xalqına çağırışla müraciət edib. O, xalqı 27 yanvarda yeni etiraz dalğasına səsləyib”.

Seçilən
60
2
konkret.az

3Mənbələr