Pakistanın cənubunda yerləşən Karaçi şəhərindəki “Gul Plaza” ticarət mərkəzində baş verən böyük yanğın faciə ilə nəticələnib.
Doğru.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Məlumata görə, yanğın binanın birinci mərtəbəsində yerləşən mağazalardan birində başlayıb. Güclü alovlanma nəticəsində ticarət mərkəzinin bir hissəsi uçub. İlkin ehtimallara əsasən, yanğına qısaqapanma səbəb olub.
Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb. Yanvarın 18-i səhər saatlarına olan məlumata görə, yanğının təxminən 30 faizi lokallaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Tbilisinin mərkəzində yerləşən Kidobani ticarət mərkəzində də yanğın baş verdiyi bildirilmişdi.
DOĞRU.AZ