ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Suriya Prezidenti Əhməd əş-Şaraa kürd silahlı birləşmələrinin başçısını Dəməşqə dəvət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC Media” məlumat yayıb.
“Suriya Demokratik Qüvvələri”nin rəhbəri Mazlum Abdi yanvarın 18-də ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak ilə keçiriləcək görüşə dəvət olunub”, – deyə bildirilib.
Xatırladaq ki, bir gecə ərzində kürdlər Suriya ordusunun xeyrinə geniş əraziləri və strateji obyektləri, o cümlədən mühüm qaz və neft yataqlarını itiriblər.
Əhməd Əl Şaraa isə ölkədə kürd birləşmələri ilə yaşanan qarşıdurma fonunda kritik fərman imzalayıb. O, kürdlərin bərabərhüquqlu vətəndaş kimi hüquqlarının təmil edildiyini bildirib. Şaara, həmçinin ölkəsindən didərgin düşmüş kürdləri geri qayıtmağa çağırıb və bunun yeganə şərtin silahlarını yerə qoymaları olduğunu söyləyib.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.