AZ

Mingəçevirdə evdə yanğın zamanı xəsarət alan şəxs xəstəxanadaÖLDÜ

Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

Redaktor.az xəbər verir ki, yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Hadisə zamanı yanıq xəsarəti alan İlqar Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.

Qeyd edək ki, yanğının elektrik qızdırıcısının aşması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır (APA).

Seçilən
87
6
redaktor.az

8Mənbələr