Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İkiqat NBA çempionu Lamar Odom ABŞ-də Las-Veqas polisi tərəfindən saxlanılıb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb keçmiş basketbolçunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi olub. L.Odom sürət həddini aşıb və zolağı dəyişmə qaydalarını pozub.
Qeyd edək ki, 46 yaşlı sabiq basketbolçu 2004-2011-ci illərdə "Los Anceles Leykers"də çıxış edib və bu komanda ilə iki dəfə (2009, 2010) NBA çempionu olub. O, 2014-cü ildə karyerasını başa vurub.


Oxunub 32
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.