AZ

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirdi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Qarlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən soyuq və qarlı hava şəraitində dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti olaraq qarlı və dumanlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarışını apararaq meşənin dərinliklərində yerini müəyyən edib, xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə “xilas edərək” təhlükəsiz əraziyə “təxliyəsini” təmin ediblər.

Seçilən
18
19
publika.az

10Mənbələr