Bu saatlara olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Dağlıq və dağətəyi rayonlara qar yağır.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.