AZ

Bu bölgəmizə də qar yağır FOTO/VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Səhər saatlarından başlayaraq Şəki-Zaqatala bölgəsinə qar yağır.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün bölgə rayonlarında gün boyu havanın temperaturu mənfi 2-3 dərəcə arasında dəyişib. Lakin bu gün səhər saatlarından temperatur 0-1 dərəcə arasında müsbətə dəyişərək qar yağmağa başlayıb.Kənd təsərrüfatı mütəxəssisləri bildirir ki, havanın şaxtalı-qarlı keçməsi ilk növbədə əkin sahələrində zərərvericilərin məhvinə səbəb olur.Bölgənin avtomobil yolları və magistrallarında bəzi yerlərdə çiskli-dumanlı olsa da hərəkətdə heç bir məhdudiyyət yoxdur.Qeyri-sabit hava şəraitinin gün boyu davam edəcəyi bildirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
bizim.media

2Mənbələr