AZ

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları olan 14 nəfər əcnəbi saxlanılıb.Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Həmin şəxslərin sığınacağın verilməsi prosedurunda nəzərdə tutulmuş şərtləri pozaraq bir neçə il ərzində qanuni əsas olmadan Gürcüstanda yaşadıqları müəyyənləşdirilib.

Qərarın icrası üçün saxlanılan şəxslər hazırda sonradan mənşə ölkələrinə qaytarılmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər.

Seçilən
53
21
metbuat.az

10Mənbələr