Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"OpenAI" şirkəti "ChatGPT"də reklamları sınaqdan keçirməyə başlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, ilk addım kimi ABŞ-də çatbotun pulsuz versiyasının istifadəçilərindən ibarət test qrupları yaradılıb.
"Plus", "Pro", "Business", "Enterprise" və "Edu" ödənişli abunəlikləri üçün reklamlar planlaşdırılmır.
Şirkətdən bildirilib ki, reklam bölmələri aydın şəkildə nişanlanacaq və neyron şəbəkəsinin cavablarından ayrı yerləşdiriləcək. Reklamlar çatbotun cavablarına təsir göstərməyəcək.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.