AZ

Vitse-spiker: Azərbaycanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına zəmin yaradır

Azərbaycan, Türkiyə və Ermənistanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına və təhlükəsizliyinin təminatına zəmin yaradır.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari deyib.

 

Sozar Subari bildirib ki, Gürcüstan təhlükəsizliyini qorumalı və çoxvektorlu siyasətin inkişafı üçün əlindən gələni etməlidir.

 

Vitse-spiker Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinə də toxunaraq vurğulayıb ki, ölkə avrointeqrasiya yolundadır:

 

“Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüyə 2030-cu il üçün daha hazırlıqlı olacağını bəyan edib. Biz artıq bu yoldayıq və əgər o vaxta qədər Avropa İttifaqı mövcud olacaqsa, biz üzvlüyə hazır olacağıq”.

 

Sozar Subari Gürcüstanın NATO-ya qoşulması perspektivlərini də şərh edərək deyib ki, Ukrayna nümunəsi Alyansın qapılarının heç zaman illərdir bəyan edildiyi kimi açıq olmadığını sübut edib.

Seçilən
88
8
modern.az

9Mənbələr