Yanvarın 17-də Milli QHT Forumunun konfrans zalında “Qadın dünyası” ictimai birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi və şəhidlərə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masada şəhid ailələrinin üzvləri, keçmiş hərbçilər, qazilər, tarixçi alimlər, ictimai təşkilatların nümayəndələri, gənclər iştirak edib.
20 Yanvar faciəsi ilə bağlı məlumat verən “Qadın dünyası” təşkilatının rəhbəri Kifayət Niftəliyeva 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq səlmanəsi olduğunu vurğulayıb. O, qeyd edib ki, qəhrəman şəhidlər öz canlarını Azərbaycanın azadlığı, müstəqilliyi yoluna qurban veriblər.
“Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” cəmiyyətinin rəhbəri Tofiq Əlizadə zaman - zaman düşmənlər tərəfindən vətənimizə, millətimizə qarşı törədilmiş qanlı cinayətlərin səbəbləri haqqında danışıb.
“Torpaqlarımlz azad edildikdən sonra Cavadın məzarına getdim, “qardaşım qanın yerdə qalmadı” dedim”-deyə, o, bildirib.
Bədii qiraət ustası Şirzad bəy milli ruhumuza, milli birliyimizə həsr olunmuş şeirlər səsləndirib.
Azərbaycan Respublikası Şəhid Ailələlərinin Hüquqlarının Müdafiəsi ictimai birliyinin sədri, iki müharubənin işturakçısı polkovnik-leytenant Tahir Məmmədov gənclik yaşlarında hərbi məktəbdə oxuyarkən azərbaycanlılarla bağlı rastlaşdığı neqativ hallardan, 20 Yanvarı doğuran səbəblərdən, müharibədə baş verən hadisələrdən, bşəhidlərimizlə bağlı xatirələrindən danışıb.
Həmin illər Rusiyada yaşadığını bildirən “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva hadisələrə yanaşmada Moskva telekanallarının qeyri-obyektiv yanaşmasından bəhs edib.
Müstəqillik hərəkatının iştirakçıları, 20 Yanvar hadisələrinin şahidləri, “Ana və uşaqlar” ictimai birliyinin sədri Dünyaxanım Əliyeva, “Vətəndaşların sosial rifahı naminə” ictimai birliyinin sədri İradə Rzazadə, “El gücü” Beynəlxalq Humanitar Assosiasiyası ictimai birliyinin sədri Sara Məmmədova, “Şəhid ailələrinə sosial dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Azərbaycan Respublikası Şəhid Ailələri, Qaziləri, Əlillərin hüquqlarının müdafiəsi ictimai biryi Abşeron şöbəsindən İsa müəllim, keçmiş hərbi tibb bacısı, polkovnik Ş. Quliyevin həyat yoldaşı Almaz Quliyeva, “Turan” türk xalqlarının mədəniyyətinin inkişafına dədtək ictimai birliyinin sədri Zərnişan Azayeva, Azərbaycan Respublikası Şəhid Ailələlərinin Hüquqlarının Müdafiəsi ictimai birliyi Ceyran Xankişiyeva, vətənim.azerbaycandır.az saytının rəhbəri Kamran Orucov, Azərbaycan Respublikası Şəhid Ailələri, Qaziləri, Əlillərin hüquqlarının müdafiəsi ictimai birliyinin ümumi şəbəsinin müdiri, igid.tv-nin mətbuat katibi Elçin Musayev 20 Yanvar faciəsinin tarixindən, imperiyaya qarşı azadlıq hərəkatının tarixi əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, gənc nəsil tariximizin şərəfli 20 Yanvar səhifəsini öyrənməli, qəhrəmanlarımızla fəxr etməlidirlər.
“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” ictimai birliyinin sədt müavini Misir Məmmədov gənclər adından çıxış edərək məlumstların əldə edilməsində belə görüşlərin vacibliyini vurğulayıb.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə çay süfrəsi ehsanı verilib.
"Cebheinfo.az"