Samux, 18 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Samux rayonu Lək kəndində yerləşən mağazaların birinə 2000 manat dəyərində tütün məmulatı oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Elşad Məmmədov Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onun marketdən oğurluq etməsi kameralar vasitəsilə də anbaan lentə alınıb.
E.Məmmədovdan narkotik vasitə olan marixuana da aşkarlanıb. Araşdırma davam etdirilir.