AZ

Avropa ölkəsi müdafiəyə rekord məbləğdə pul xərcləyəcək

Bu il Estoniyanın müdafiə büdcəsi respublika üçün rekord göstərici olan ümumi daxili məhsulun 5.4%-nə çatacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Baş nazir Kristen Mixal açıqlayıb.

"2026-cı ildə Estoniyanın müdafiə xərcləri tarixi rekord həddədir: Təxminən 2.4 milyard avro və ya ÜDM-in 5.43%-i", - deyə Estoniya hökumətinin başçısı vurğulayıb.

O həmçinin ötən il Müdafiə Nazirliyi tərəfindən planlaşdırılan bütün satınalmaların uğurla başa çatdığını və nəticədə ümumi dəyəri 545 milyon avro olan silah və sursatın alındığını qeyd edib.

Milli.Az

Seçilən
10
1
milli.az

9Mənbələr