AZ

Binəqədidə evdə yanğın - 1 nəfər tüstüdən zəhərləndi

15:18 18.01.2026
15:18 18.01.2026

Bakı şəhərinin Binəqədi rayonunda evdə yanğın baş verib.

Mynews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Seçilən
33
17
mynews.az

10Mənbələr