AZ

“Ayntraxt”ı “Qarabağ”la oyuna çıxaracaq baş məşqçi müəyyənləşdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.

O, “Ayntraxt”ın U-21 komandasının baş məşqçisidir.

Şmitt bu postda istefaya göndərilən Dino Toppmölleri əvəzləyib.

Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt Frankfurt” yanvarın 21-də qarşılaşacaq.

 

(Teleqraf)

Seçilən
43
2
moderator.az

3Mənbələr