AZ

Karapetyan ev dustağlığına buraxıldı

Rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasından ev dustağlığına buraxılıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, onlarla vətəndaş sahibkarı qarşılamaq üçün onun İrəvandakı malikanəsinin qarşısında toplaşıblar.

Xatırladaq ki, S.Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırış və maliyyə fırıldaqçılığı ittihamı ilə Ermənistan məhkəməsi tərəfindən həbs edilib.

Seçilən
41
1
publika.az

3Mənbələr