AZ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Abşeron yarımadasının ayrı-ayrı yerlərində gecəyə doğru yağıntı intensivləşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-na keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Rayonlarda mülayim qərb küləyi arabir güclənəcək

Yanvarın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-17, gündüz 3-7 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7, dağlıq ərazilərdə 10-15, gündüz 1-4 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 13-17, gündüz 3-8 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Seçilən
56
49
yeniazerbaycan.com

10Mənbələr