AZ

Gündəlik məhsullarda gizli ölümcül TƏHLÜKƏ

Fransız alimləri məşhur qida əlavələri ilə müxtəlif növ xərçəng xəstəliklərinin inkişaf riski arasında əlaqə aşkar ediblər.

“Cebheinfo.az” bu barədə "Daily Mail" qəzetinə istinadən yazır.

"Tədqiqatçılar orta yaşı 42 olan və 80 faizini qadınlar təşkil edən 100.000-dən çox iştirakçının məlumatlarını təhlil ediblər. Alimlər könüllülərin yeddi il yarım ərzində gündəlik saxladıqları qida gündəliklərindən istifadə edərək nə qədər konservant qəbul etdiklərini hesablayıblar", - deyə nəşr bildirir.

Müşahidə dövrünün sonunda 4000 iştirakçıda müxtəlif növ xərçəng xəstəliyi aşkar edilib və ən çox rast gəlinən xərçəng növü döş, prostat və kolorektal xərçəngdir.

Xəbərlərə görə, təhlükəli əlavələrə kalium sorbat, kalium disulfit, natrium nitrit, kalium nitrat, sirkə turşusu və natrium eritorbat daxildir.

Ət məhsullarında tez-tez istifadə edilən natrium nitrit prostat xərçəngi riskini 32% artırır. Sulfitlər və asetatlar ümumi xərçəng riskini artırıb və həmçinin döş xərçəngi riskini də təsir edib.

Bütün bu əlavələr gündəlik istifadə olunan məhsullarda, məsələn, emal olunmuş ətlərdə, souslarda və hətta diş məcununda istifadə olunur. Alimlər potensial sağlamlıq risklərini azaltmaq üçün istehlakçıları təzə və minimal emal olunmuş qidalar seçməyə çağırıblar.

Xəzər

“Cebheinfo.az”

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr