AZ

“Ayntraxt”da “Qarabağ”la matçdan əvvəl xaos baş məşqçi qovuldu!

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Frankfurt “Ayntraxt”ı baş məşqçisi Dino Toppmöllerlə yollarını ayırıb.“Football-plus.az”ın məlumatına görə, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.Bildirilib ki, komandanın ilin ilk üç oyununda əldə etdiyi nəticələr analiz edilib. Hərtərəfli idman və struktur təhlillərindən sonra mütəxəssislə vidalaşmağın doğru addım olduğu düşünülüb.Klub Toppmöllerin uğurlarını da xatırladıb. Qeyd edilib ki, Frankfurt təmsilçisi onun rəhbərliyi altında Avropa Liqasının 2023/24 mövsümündə ¼ finala vəsiqə qazanıb. 2024/25 “futbol ili”ndə bundesliqada 3-cü yeri tutan komanda tarixində ən yaxşı nəticəni əldə edib və ilk dəfə liqa yoluyla Çempionlar Liqasında iştirak hüququna yiyələnib.İdman direktoru Markus Kröşe mütəxəssisin vəzifəsindən azad edilməsini bu cür şərh edib: “Bu mövsüm dinamik, aqressiv və kompakt futbol iddiamızı kifayət qədər doğrultmadıq. Amma Dino Toppmöller həmişə özünü “Ayntraxt”la tam eyniləşdirib və hər gün bu klub üçün böyük ehtirasla çalışıb. Biz onun təcrübəsini, peşəkarlığını, dəqiq iş etikasını və komandaya qarşı xoş münasibətini yüksək qiymətləndiririk. Buna rəğmən, intensiv daxili qiymətləndirmədən sonra idman rəhbərliyi və ümumilikdə idarə heyəti son dövrlərdə performansın aşağı səviyyədə olması səbəbindən komandanın yeni idman formasına ehtiyac duyduğun qənaətinə gəlib”.Dino Toppmöllerin fikirləriylə də tanış olaq: “Bu komanda ilə işləməyə və qarşıdakı çətinliklərlə üzləşməyə davam etməyi çox istərdim. Amma qərarı qəbul edirəm. Hər gün böyük ehtiras və sevinclə bazaya gəlirdim və şübhəsiz ki, mövcud olan qeyri-qənaətbəxş vəziyyətdən asılı olmayaraq, son iki il yarım ərzində birlikdə əldə etdiyimiz nailiyyətlərlə fəxr edirəm. Birlikdə davam edə bilməməyimiz təəssüf doğurur. Mənə inanan, mənə bu imkanı verən, uzun müddət mənə etibar edən hər kəsə təşəkkür edirəm. Bütün oyunçulara, məşqçi və idarə heyətinə, klubdakı bütün işçilərə təşəkkür edirəm. Bu, mənim üçün şərəf idi. “Ayntraxt”a daha sakit və ən əsası uğurlu günlər arzulayıram”.Yeri gəlmişkən, komandada baş məşqçi səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Ayntraxt”ın U-21 kollektivinin çalışdırıcısı Dennis Şmittə həvalə edilib. O, U-19-un baş məşqçisi Aleksandr Meyerlə birgə iş başında olacaq.Xatırladaq ki, “Ayntraxt” yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la qarşılaşacaq. Çempionlar Liqsının liqa mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək oyun saat 21.45-də start götürəcək.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
icma.az

2Mənbələr